Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin daha 13 oyunu keçiriləcək. Newspotr.az xəbər verir ki, təmsilçimiz "Qarabağ"ın da meydana çıxacağı oyun günü daha 11 qarşılaşma var. Heç şübhəsiz ki, yerli azarkeşlər üçün Ağdam klubunun oyunundan sonra ən çox maraq doğuran İstanbulun "Beşiktaş" klubudur. Qardaş ölkə təmsilçisi Hollandiyada "Feynord"la üz-üzə gələcək. Rusiyanın "Zenit" klubu isə Kiprdə AEL-in qonağı olacaq.
Komandalar arasında cavab qarşılaşmsı avqustun 6-sı və 7-də oynanılacaq.
30 iyul
Çempionlar Liqası, III təsnifat mərhələsi, ilk oyunlar
20:00. "Aktobe" (Qazaxıstan) - "Styaua" (Rumıniya) 2:2
QOLLAR: Korobkin 58, Arzumanyan 88 - Keseru 44, Prepelita 79
21:00. AEL (Kipr) - "Zenit" (Rusiya) 1:0
QOL: Lukas Gikievic 63
Qırmızı vərəqə: Anxel Vitsel 67 (Zenit)
|
|
|
21:00. "Dnepr" (Ukrayna) - "Kopenhagen" (Danimarka) 0:0
21:00. HİK (Finlandiya) - APOEL (Kipr) 2:2
QOLLAR: Savaqe 11, 45 (pen) - Vinsenti 71, Şeridan 74
Qırmızı vərəqə: Kandji 49 (HİK)
22:00. "Qrasshoppers" (İsveçrə) - "Lill" (Fransa) 0:2
QOLLAR: Corcia 29, Mendes 49
23:00. "Feyenoord" (Hollandiya) - "Beşiktaş" (Türkiyə) 1:2
QOLLAR: Vrede 90 (pen) - Mustafa Pektemek 13, Kərim Frey 71
23:00. "Ludoqorets" (Bolqarıstan) - "Partizan" (Serbiya) 0:0
23:00. "Standard" (Belçika) - "Panatinaikos" (Yunanıstan) 0:0
23:15. "Olborq" (Danimarka) - "Dinamo" (Zaqreb, Xorvatiya) 0:1
QOL: Brozovic 49
23:30. "Maribor" (Sloveniya) - "Makkabi" (Təl-Əviv, İsrail) 1:0
QOL: Bohar 90
23:45. "Legiya" (Polşa) - "Seltik" (Şotlandiya) 4:1
QOLLAR: Radoviç 10, 36, Zyro 84, Koseçki 90 - MakQreqor 8
Qırmızı vərəqə: Efe Ambrose 41 (Seltik)