"Kopenhagen" və "Rusenborq"dan qələbə, "Astana"dan heç-heçə YENİLƏNİB

Bu gün keçirilən 7 matçla Çempionlar Liqasında (ÇL) II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Newsport.az-ın məlumatına görə, matçlardan 3-də qalib müəyyənləşməyib. Qalan 4 oyundan 2-də meydan sahibləri, 2-də qonaqlar qələbə qazanıblar.   

Qol vurulmayan yeganə oyun Litvanın paytaxtı Vilnüsdə postsovet məkanı təmsilçilərinin qarşıdurmasında olub. Digər 2 heç-heçə 1:1 hesabı ilə qeydə alınıb.  

Günün ən məhsuldar matçı Sloveniyada keçib. "Olimpiya" - "Trençin" görüşündə 7 qol vurulub. Olimpiya çempionumuz İqor Ponomaryovun heyətində İsveç çempionu olduğu "Norçepinq"in ÇL-də debütü məğlubiyyətlə nəticələnib.  

13 iyul

Çempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunu

21:15. "Rusenborq” (Norveç) - “Norçepinq” (İsveç) - 3:1
Qollar: 
Holmar Eyyolfson, 48 (1:0), Andre Helland, 62 (2:0), Yan Erik de Lanli, 65 (3:0), Sebastien Anderson, 70 (3:1)

21:15. “Jalgiris” (Litva) - "Astana” (Qazaxıstan) - 0:0

21:30. "Ludoqorets” (Bolqarıstan) - “Mladost” (Monteneqro) - 2:0
Qollar: 
Kosmin Moti, 13-pen (1:0), Yodi Lukoki, 26 (2:0)

22:00. “Kruzaders” (Şimali İrlandiya) - "Kopenhagen” (Danimarka) - 0:3
Qollar: 
Federiko Santander, 6 (0:1), Andreas Kornelius, 40 (0:2), Rasmus Falk, 53 (0:3)

22:00. "Partizani” (Albaniya) - “Ferensvaroş” (Macarıstan) - 1:1
Qollar:
 Realdo Fili, 47 (1:0), Daniel Bode, 71 (1:1)

22:45. “Dandalk” (İrlandiya) - "Hafnarfyorfur” (İslandiya) - 1:1
Qollar: 
Devid Makmillan, 66 (1:0), Stiven Lennon, 77 (1:1)

22:30. “Olimpiya” (Sloveniya) - "Trençin” (Slovakiya) - 3:4
Qollar:
 Ceyms Lavrense, 4 (0:1), Samuel Kalu, 6 (0:2), Rangelo Yanqa, 20 (0:3), Yakub Holubek, 32 (0:4), Etien Velikonya, 34 (1:4), Miha Zayç, 43 (2:4), Blessinq Eleke, 89 (3:4)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right