UEFA-dan CSKA-ya sərt cəza

UEFA CSKA-ya sərt cəza tətbiq edib.

Newsport.az-ın qitənin ali futbol qurumunun saytına istinadən yaydığı xəbərə görə, buna Rusiya təmsilçisinin azarkeşlərinin Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Roma" ilə matçda irqçi şüarlar səsləndirməsi səbəb olub. Bu hərəkətə görə, CSKA avrokubokda üç oyuna azarkeş dəstəyi olmadan çıxacaq. Bundan başqa, klub 200 min avro cərimə ödəməli olacaq.

UEFA-nın CSKA-ya verdiyi cəzalar bununla ds bitmir. Moskva təmsilçinə Çempionlar Liqasında səfərdə oynayacağı iki matç üçün bilet satışa çıxarması qadağan edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right