"Barselona" klubunun yarımmüdafiəçisi Xavyer Maskerano Çempionlar Liqasının qrup mərhələsində PSJ ilə oyundan (2:3) sonra maraqlı fikirlər səsləndirib.
Newsport.az-ın məlumatına görə, argentinalı futbolçu "Football Espana"a açıqlamasında komandasının məğlubiyyətə layiq olduğunu bildirib:
"Barselona" yaxşı oyun sərgiləmədi. Rəqib səhvlərimizdən maksimum yararlanaraq bizi cəzalandırdı. İkinci hissədə toparlanmaq istədik, ancaq PSJ-nin üçüncü qolundan sonra işimiz daha da çətinləşdi. Məğlubiyyətə layiq idik".