"Şaxtyor"un baş məşqçisi Mirça Luçesku Çempionlar Liqasının qrup mərhələsində dünən "Portu" ilə matçdan sonra keçirilən mətbuat konfransını yarımçıq tərk edib.
Newsport.az-ın məlumatına görə, Donetsk təmsilçisinin sözügedən qarşılaşmada 2:0 hesabı ilə öndə olmasına baxmayaraq, bu üstünlüyü görüşün son dəqiqələrində əldən verməsinə təcrübəli mütəxəssis əsəbiləşib.
M.Luçesku mətbuat konfransında sadəcə bunları deməklə kifayətlənib:"Məyus olduğumu demək istəmirəm. Çox danışmaq fikrim yoxdur. Hər kəs qarşılaşmanın 2:0 hesabı ilə bitəcəyini gözləyirdi. Ancaq son dəqiqələrdə iki qol buraxdıq və qələbəni əldən verdik”.
Bundan sonra M.Luçesku jurnalistlərlər üzr istəyərək mətbuat konfransının keçirildiyi zalı tərk edib.