Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına start veriləcək.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə daha iki qarşılaşma keçiriləcək.
İngiltərədə "Mançester Siti" PSJ-ni qəbul edəcək. İlk görüşdə 2:2 hesabı ilə qeydə alındığından cütün taleyinə bu axşam aydınlıq gələcək.
Madrid "Real"ı isə doğma meydanda "Volfsburq"u qəbul edəcək. Səfərdə rəqibinə 0:2 hesabı ilə uduzan "kral klubu" həmin məğlubiyyətini çıxmağa çalışacaq.
Qeyd edək ki, Çempionlar Liqasında 1/4 finalın qalan iki oyunu sabah keçiriləcək.
12 aprel
Çempionlar Liqası, 1/4 finalın cavab oyunları
22:45. "Mançester Siti" (İngiltərə) - PSJ (Fransa) - 1:0
Qol: De Bruyne, 76
İlk oyun - 2:2
22:45. "Real" (Madrid, İspaniya) - "Volfsburq" (Almaniya) - 3:0
Qollar: Ronaldo, 16 (1:0), 17 (2:0), 77
İlk oyun - 0:2