Çempionlar Liqasının 1/8 final mərhələsinin "Bavariya" - "Yuventus" cavab oyununa hakim təyinatları açıqlanıb.
Newsport.az-ın məlumatına görə, matçı isveçli Yonas Erikssonun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Ona Mattias Klasenius, Daniel Varnmark köməklik edəcək. Dördüncü hakim funksiyasını Mehmet Kulum yerinə yetirəcək.
Qeyd edək ki, "Bavariya" - "Yuventus" oyunu martın 16-ı keçiriləcək.