"Qalatasaray" Çempionlar Liqası matçına ciddi itki ilə çıxacaq

"Qalatasaray" Çempionlar Liqası pley-off mərhələsinin "Yanq Boyz"la ilk oyununa ciddi itki ilə çıxacaq.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Barış Alper Yılmaz səfər matçında komandaya kömək edə bilməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı vinger xəstəlik səbəbindən oyunda iştirak etməyəcək. Türk futbolçu komanda ilə birlikdə İsveçrəyə aparılmayıb.

Qeyd edək ki, "Yaqn Boyz" - "Qalatasaray" qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right