Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində bu gün keçiriləcək "Zalsburq" - "Qarabağ" matçı "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacağı hələ dəqiqləşməyib.
Newsport.Az-ın məlumatına görə, hazırda bununla bağlı "Qarabağ" klubu ilə dövlət telekanalı arasında danışıqlar gedir.
Qeyd edək ki, bu gün "Red Bull Arena"da keçiriləcək "Zalsburq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.