“Rəqibi darmadağın etməyə çalışdıq, lakin…” PSJ-nin müdafiəçisi

PSJ-nin müdafiəçisi Markinyos komandasının Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Milan”la oyunda (1:2) məğlubiyyətindən danışıb.

Newsport.az-ın məlumatına görə, braziliyalı futbolçu matçın yüksək səviyyədə keçdiyini bildirib:

“Hazırkı “Milan”ın oyun səviyyəsini bilirdik və buna göz yummamalıyıq. Bu, yüksək səviyyəli matç idi. Düşünürəm ki, biz oyuna yaxşı başladıq, bizə tövsiyə olunan hər şeyi etdik. Bununla belə, düşünürəm ki, “Milan” öz güclü tərəfləri ilə oynaya bilri. İkinci qol matçın gedişini dəyişdi. Yaxşı oynadıq və çox təzyiq hiss etmədik. Rəqibi darmadağın etməyə çalışdıq, lakin onlar bütün sərbəst zonaları bağladılar”.

PSJ 4 turdan sonra 6 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right