“Zalsburq”un futbolçusu Kristian Şveqler Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la keçiriləcək cavab matçı haqda fikirlərini bildirib.
Newsport.Az-ın məlumatına görə, oyun öncəsi təşkil olunana mətbuat konfransında çıxış edən təcrübəli müdafiəçi “Qarabağ” haqda xoş sözlər söyləyib:
“Qarabağ” yaxşı komandadır. Güclü hücum xərləri var. Reynaldonun oynamaması onlar üçün itki, bizim üçün isə üstünlükdür. İndi doğma meydan amilindən yararlanmalıyıq. Bakıdakı görüşün ikinci hissəsindəki kimi oynamalıyıq”.
Xatırladaq ki, “Zalsburq” - “Qarabağ” matçı bu gün Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.