Braziliyalı hücumçu "Qəbələ"də qalacaq?

"Qəbələ"nin futbolçusu Rafael Utziq klubu tərk edə bilər.

Newsport.az xəbər verir ki, braziliyalı oyunçu ölkəsinin mətbuatına açıqlamasında Azərbaycana qayıdıb-qayıtmayacağını bilmədiyini deyib:

"Mövsümün əvvəlində son sıralarda olacağımızı düşünürdüm. Avrokuboklara vəsiqə əldə etmək bizdə müvəffəqiyyət hissi yaradır. Komandam bu uğura layiqdir.

Mövsüm başa çatıb. Braziliyada ailəmi görmək üçün bir neçə gün vaxtım var. Yeni təkliflər və digər məsələlərlə bağlı hər şeyi agentimin öhdəsinə buraxmışam".

Utziqin "Qəbələ" ilə sözləşməsi iyunun 30-da başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right