Ukrayna millisinin sabiq baş məşqçisi: "Azərbaycan futbolunu inkişaf etdirə biləcək mütəxəssisləri Bakıya çağırdım"

Ukrayna millisinin sabiq baş məşqçisi, federasiyasının keçmiş prezidenti Anatoli Konkov ölkəsinin mətbuatına danışarkən Azərbaycandakı illərini xatırlayıb.

Newsport.az xəbər verir ki, “footboom”a danışan 72 yaşlı mütəxəssis 2004-2006-cı illərdə çalışdığı “İnter”dəki (hazırki “Şamaxı”) işindən belə danışıb:

"Əslində "İnter" tələbə komandası idi. Klub heç bir infrastruktura sahib deyildi. Nə məşq meydançaları var idi, nə də stadionları. Ukraynadan Makovski qardaşlarını, Çernyakı dəvət etməli oldum. Bir də Azərbaycan futbolunu inkişaf etdirə biləcək mütəxəssisləri Bakıya çağırdım. Ümumiyyətlə, inandığım insanların hamısını apardım Azərbaycana.

Biz orada yaxşı işləyirdik. Komanda iki il ərzində çempionatda lider mövqelərə qalxdı. Hətta “İnter” Azərbaycan kubokunun finalına qədər yüksəldi (həlledici görüşdə “Bakı”ya 1:2 uduzub). Nəticədə görülən işlərə görə yaxşı rəylər almışdıq.

Məşqçi fəaliyyətimin hansı mərhələsini ən uğurlu hesab edirəm? Klublardan danışırqsa, Poltavada və Bakıdakı işlərimi qeyd edə bilərəm. Biz bu iki şəhərdə yaxşı komandalar yarada bilmişdik. Doğrudu, bunun üçün klubların yaxşı imkanları da var idi. Yaxşı yerləri tuta bilmişdik”.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah