"Futbolçularım alqışa layiqdirlər" - Qurban Qurbanov

Azərbaycan Premyer Liqasında sonuncu – XXVIII turun “Qarabağ” – “Neftçi” (4:1) oyunundan sonra təşkil olunan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-in məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirdi...

- Futbolçularımı təbrik edirəm. Çox yaxşı mövsüm keçirdilər. Sona kimi eyni istəyin, qalib hissinin olması çox vacib idi. Futbolçularım alqışa layiqdirlər. Azarkeşlərimizə təşəkkür edirəm. Bütün komandalara təşəkkür düşür. Yaxşı oyun göstərməyimizdə onların da böyük rolu var idi. Bizi daha çox düşünməyə məcbur etdilər. Bütün futbol camiəsinə təşəkkür edirəm.

- Kevin Medina yeni müqavilə imzalasa da, adı Türkiyə klubları ilə hallanır. Təklif var?
- Bir neçə klub maraqlanırdı. Amma müqavilə yenilədik. Özünün qalmaq istəyi həddən artıq çoxdur. Buranı öz evi, ailəsi kimi hiss edir.

- İndiyə qədər olan çempionluqlardan hansı daha yaddaqalandır?
- İlk həmişə daha çox yadda qalır. Ola bilər ki, bu baxımdan həmin çempionluq. Amma bütün uğurlarımız mənim üçün əhəmiyyətlidir. Adı qoruyub-saxlamaq vacibdir.

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right