"Qarabağ"a məxsus hücumçu "Ankaragücü"nün son oyunlarını buraxacaq

İcarə əsasında "Ankaragücü" klubunda çıxış edən "Qarabağ"ın futbolçusu Ovusu Kvabena Türkiyənin I Liqasında mövsümün son iki oyununu buraxmalı olacaq.

Newsport.az məlumatına görə, 24 yaşlı hücumçu "Boluspor" və "Keçiörengücü"nə qarşı görüşlərdə iştirak etməyəcək. O, "Ostim Radio" idman proqramında iştirak etdikdən sonra ağır xəstəlik keçirib.

Kvabenanın müqaviləsi mövsümün sonunda başa çatacaq. Qanalı forvardın gələcək taleyinə hələ aydınlıq gəlməyib. Klubun onu "Qarabağ"dan birdəfəlik transfer edəcəyinə ümidvar olduğu bildirilir. Futbolçunun azarkeşlərin sevimlisi olduğu və çıxışı ilə rəhbərliyi qane etdiyi vurğulanır.

Qeyd edək ki, bu mövsüm Ovusu Kvabena 23 oyuna 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah