"Qəbələ" "Neftçi"yə qalib gəldi, "Sumqayıt" "Şamaxı"dan güclü oldu Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, sonuncu oyun günündə 2 matç keçirilib. "Sumqayıt" "Şamaxı"nı qəbul edib və 2:0 hesabı ilə qalib gəlib. Bununla da "Sumqayıt" baş məşqçi Aleksey Baqanın rəhbərliyi altında 2022-ci ildə ilk qələbəsini qazanıb.

2-ci pilləni rəsmiləşdirən "Neftçi" isə "Qəbələ"nin qonağı olub və 0:1 hesabı ilə uduzub. "Qəbələ" bu qələbə ilə turnir cədvəlində  yenidən 4-cü pilləyə yüksəlib

Qeyd edək ki, "Qarabağ" 25-ci turdan çempionluğu rəsmiləşdirib.

9 may (bazar ertəsi)

19:45. Qəbələ” – “Neftçi” - 1:0 

Qol: İsnik Alimi, 76-pen
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Qəbələ şəhər stadionu

17:30. “Sumqayıt” – “Şamaxı” - 2:0 

Qollar: Əli Qurbani, 31, 78
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli
“Kapital Bank Arena”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right