Bu gün Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları keçiriləcək.
Newsport.az-ın məlumatına görə, turun bütün görüşləri eyni günə təyin edilib.
Səfərdə "Qəbələ" ilə qarşılaşacaq "Qarabağ" sona 4 tur qalmış 9-cu çempionluğunu rəsmiləşdirə bilər. Bunun üçün "Qarabağ"ın ən yaxın izləyicisi "Neftçi" "Səbail"lə səfər matçında qalib gəlməməlidir. “Neftçi” heç-heçə etsə, “Qarabağ”a qələbə, "ağ-qaralar" uduzsa, Ağdam klubuna 1 xal kifayətdir ki, çempion olsun.
24 aprel (bazar)
17:30.“Qəbələ” – “Qarabağ” 0-2
Qol: İbrahima Vadji, 6, 14
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu
18:30.“Sabah” – “Şamaxı” 5-1
Qollar: Mikkels, 10, 29, Oçiqava 26, Xulio Rodriqes 83, Aleksey İsayev 89 - Felipe Santos 50
Qırmızı vərəqə: Franko Flores 90+2
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Əliyar Ağayev
“Bank Respublika Arena”
20:00.“Sumqayıt” – “Zirə” 0-1
Qol: Volkov 90+2
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
“Kapital Bank Arena”
20:00.“Səbail” – “Neftçi” 0-1
Qol: Bezerra 71
Qırmızı vərəqə: Ömər Buludov 47 (ikinci sarı vərəqə)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev
“ASCO Arena"
Bombardirlər:
Filip Ozobiç ("Qarabağ") - 10 qol
Davit Volkov ("Zirə") - 10 qol
Coy-Lens Mikels ("Sabah") - 9 qol
Abdullah Zubir ("Qarabağ") - 8 qol
Vadji İbrahima ("Qarabağ") - 8 qol
Musa Qurbanlı ("Qarabağ") - 7 qol
Kadi Borqes ("Qarabağ") - 7 qol
Tiaqo Bezerra ("Neftçi") - 7 qol
İsnik Alimi ("Qəbələ") - 7 qol