Yığmamızın Norveçlə matçının başlama saatı dəqiqləşdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Norveç yığmasına qarşı keçirəcəyi oyunun vaxtı və stadionu müəyyənləşib.

Newsport.az xəbər verir ki, İyunun 14-də Bakı vaxtı ilə saat 20:00 başlayacaq Norveç – Azərbaycan qarşılaşması Drammen şəhərindəki "Marienlyst Stadium"da keçiriləcək.

​Azərbaycan yığması A qrupunda keçirdiyi 7 oyunda 1 qələbə qazanıb, 1 dəfə də heç-heçə edib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right