Premyer Liqanın 21-ci turunun “Neftçi” - “Zirə” görüşündə qonaq komandanın futbolçusu Coşqun Diniyev meydandan qovulub.
Newsport.az-ın məlumatına görə, baş hakim İnqilab Məmmədov 59-cu dəqiqədə, hesab 0:0 olarkən Coşquna ikinci sarı - qırmızı vərəqə göstərib. Bu qərar həm futbolçunun, həm də “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun narazılığına səbəb olub.
O, etiraz olaraq hakimi alqışlayıb.

