"Sabah"ın Antalyada ilk günü FOTOLAR

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan komanda bu gün hazırlıq çərçivəsində ilk məşqinə çıxıb.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, Murad Musayevin baş məşqçisi olduğu komanda əvvəlcə fitnes zalında, ardınca isə yaşıl meydanda məşq edib. Futbolçular məşq prosesində müxtəlif fiziki və toplu təmrinləri yerinə yetiriblər. Məşqə ikitərəfli oyunla yekun vurulub.

Qeyd edək ki, “Sabah” Antalya toplanışına bu gün start verib. Komandanın hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulub.

"Sabah"ın Antalya toplanışında qarşılaşacağı 2 rəqib bəllidir. Komanda yanvarın 15-də “Pakş” (Macarıstan), yanvarın 25-də isə “Mladost”la (Serbiya) qarşılaşacaq.









































Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right