"Kontakt Home" mağazasında "Sumqayıt" FK guşəsinin təqdimetməsi olub.
Newsport.az-ın məlumatına görə, bu gün "Kontakt Home" mağazalar şəbəkəsində "Sumqayıt" FK guşəsinin təqdimetməsi olub. 10-cu mikrorayonda yerləşən filialda baş tutan təqdimetmədə komandanın futbolçuları - Aydın Bayramov, Tərlan Əhmədli, Rüfət Abdullazadə, Səbuhi Abdullazadə və Süleyman Əhmədov iştirak edib.
Qeyd edək ki, bu gündən etibarən klubun idman geyimləri və atributlarını "Kontakt Home" mağazalar şəbəkəsinin "Sumqayıt-3" filialından əldə edə bilərsiniz.
Ünvan: Sumqayıt şəhəri, 10-cu mikrorayon (Hiper marketin yanı).