"Sabah"dan ayrılan qapıçının yeni klubu bəlli olub

"Sabah" klubundan ayrılan serbiyalı qapıçı Saşa Stamenkoviç karyerasını Qazaxıstanda davam etdirməyə çox yaxındır.

Newsport.az "Vesti" nəşrinə istinadən xəbər verir ki, "Aktobe" 36 yaşlı qolkiperlə danışıqları yekunlaşdırmaq üzrədir.

5 qat ölkə çempionunun tezlikdə Stamenkoviçin keçidini açıqlayacağı gözlənilir.

Qeyd edək ki, Saşa Stamenkoviç "Sabah" klubundan əvvəl 2016/2017 mövsümündə Qazaxıstanda "Okjetpes"in formasını geyinib. 2018-ci ildə Bakı klubuna keçən qapıçının müqaviləsi dekabrın 16-da öz istəyi ilə ləğv edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right