I Divizion klubları cərimələndi

AFFA İntizam Komitəsinin növbəti iclası baş tutub.

Newsport.az-ın məlumatına görə, I Divizionun XII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

I Divizionun XII turunun “Kəpəz” – “Zaqatala” oyununda “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

XII turun “Turan Tovuz” – “Səbail-2”  oyununda “Səbail-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur (maddə 39);

XII turun “Keşlə-2” – “Zirə-2”  oyununda “Zirə-2” komandasının 41 nömrəli futbolçusu Anar Nəzirov “sonuncu ümid folu”na görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right