"Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycana gəlməmişdən öncə Macarıstana yollana bilərmiş.
Newsport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Musayev "Ferentsvaroş"un baş məşqçisi ola bilərmiş.
Belə ki, Macarıstan klubunun prezidenti Qabor Kubatov onu danışıqlar üçün Budapeştə dəvət edib. Lakin danışıqlar müsbət yekunlaşmadığından, maddi məsələlərdə razılıq əldə olunmadığına görə Musayev "Fenertsvaroş"u çalışdırmaq istəməyib.
Budapeşt təmsilçisi Rusiya millisinin sabiq çalışdırıcısı Stanislav Çerçesovla anlaşıb.