"Qarabağ" "Zirə"yə, "Sabah" "Səbail"ə qalib gəldi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 2021-2022 mövsümünün ilk yarısına yekun vurulub.

Newsport.az-ın məlumatına görə, 14-cü turun son oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Səbail" "Sabah"ı qəbul edib və 3:0 hesabı ilə qalib gəlib.

Günün və ilin son oyununda isə lider "Qarabağ" evdə "Zirə" ilə qarşılaşıb. Görüş Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Musa Qurbanlı oyunda dubl edib.

Azərbaycan Premyer Liqası

14-cü tur

16 dekabr (cümə axşamı)

19:00. “Qarabağ” – “Zirə” - 2:0

Qollar: Musa Qurbanlı, 6, 53
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov
“Azersun Arena”.

16:30. “Səbail” – “Sabah” - 0:3

Qollar: Coy-Lens Mikels, 33 (0:1), Ceyhun Nuriyev, 46 (0:2), Xuan Kamara, 90+4
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
“ASCO Arena”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right