Aftandil Hacıyev: "Kuboku hətta l Divizion klubları da qazana bilər"

"Səbail" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Zaqatala"nı 3:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

 

Newsport.az xəbər verir ki, qarşılaşmadan sonra paytaxt təmsilçisinin baş məşqçisi Aftandil Hacıyev CBC Sport kanalına açıqlama verib:

 

"Premyer Liqa komandasının bölgədə oyun keçirməsi əvvəlki illəri yada saldı. "Zaqatala" azarkeşlərinə təşəkkür edirəm. Meydanda oyunun maraqlı keçməsinin ən böyük səbəblərindən biri onların stadiona gəlmələri idi. İlk hissədə mübarizə şəraitində keçən oyun izlədik. Oyunun gedişatında Nikolas Rayselin zədələnməsi bir az planlarımızı pozdu.

 

Fasilədə tapşırıqları bir qədər dəyişdik. Çünki rəqib daha istəkli idi. İkinci hissədə əvəzetmə ilə hücumumuzun kəsərini artırmaq istədik. Hesabda önə keçdikdən sonra futbolçuların reaksiyası xoşuma gəlmədi. Uzun yol qət etmişik. Oyundan bir gün öncə məşq etmək imkanımız olmadı. Futbolçularda bir qədər yorğunluq var idi. Həmin dəqiqələrdə "Zaqalata" üstünlüyü ələ almağı bacardı. Bu gün nəticədən razı qalsaq da, oyunumuzdan tam razı qala bilmədik. Növbəti mərhələdə daha yaxşı oynamağa çalışacağıq. 


Rayselin ayağında olan problem haqda dəqiq məlumat verə bilməyəcəm. Bakıda qayıdıb MRT etdikdən sonra həkimlərin rəyini dinləyəcəyik. Zədənin nə dərəcədə ciddi olduğunu bundan sonra biləcəyik. 


Bu gün kuboku hətta l Divizion klubları da qazana bilər. Təcrübədə bunların şahidi olmuşuq. Ötən il qonşu Gürcüstanda l Divizion klubu kuboku qazanmışdı. Biz də bacardıqca irəli getməyə çalışacağıq. 1/4 finaldakı rəqibimiz "Zirə" ilə matçlarda uğurlu çıxış edib növbəti mərhələyə adlamağa səy göstərəcəyik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right