“Spartak” və Rusiya millisinin əslən Azərbaycancandan olan sabiq futbolçusu Aleksandr Səmədov Avropa Liqasının 6-cı turunda Moskva klubunun “Legiya”ya qarşı oynayacağı oyundakı şanslarını dəyərləndirib.
Newsport.az xəbər verir ki, Səmədov millimizin forvardı Mahir Emrelinin formasını geyindiyi Varşava klubunun Polşa çempionatındakı uğursuz çıxışına da toxunub:
“Spartak”ın “Legiya” ilə görüşdə yaxşı şansları var. Amma çətin olacaq. Polşa klubunun hazırda ölkə çempionatında düşmə zonasında olması, “Spartak”ın birmənalı şəkildə oyunun favorit olmasını göstərmir.
Avropa Liqasının ilk turu göstərdi ki, “Legiya” “Spartak”a qalib gəlmək iqtidarındadı. Polşalılar 16-cı pillədə qərarlaşıbsa, demək ki, problemləri var. Amma bu, avrokubok oyununa təsir etməyəcək”.