“Keşlə” 1600 manat cərimə olundu Meydana azarkeş çıxdığına görə

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Newsport.az xəbər verir ki, müzakirələrdən sonra Azərbaycan Premyer Liqası və Birinci Divizionla bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
Premyer Liqanın 10-cu turunun “Sabah” – “Zirə” oyununda “Sabah”ın futbolçusu Xuan Kamara ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
 
Premyer Liqanın 10-cu turunun “Keşlə” – “Neftçi” oyununun 86-cı dəqiqəsində azarkeş meydançaya daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.
 
Premyer Liqanın 10-cu turunun “Səbail” – “Qəbələ” oyununda “Səbail”in futbolçusu Yurqen Qoxa ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
 
Birinci Divizionun 5-ci turunun “Səbail-2” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandasının futbolçusu Nicat Oruclu ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right