Elmar Baxşıyev: "Hədəfimiz yuxarı pillələrdi"

Azərbaycan Premyer Liqasının 9-cu turunun "Qəbələ" - "Sabah" görüşündən sonra ev sahiblərinin baş məşqçisi mətbuat konfransında danışıb.

Newsport.az-ın məlumatına görə, bölgə klubunun çalışdırıcısı Elmar Baxşıyev matçla bağlı bunları deyib:

"Şanslarımız oldu, dəyərləndirə bilmədik. 1 oyunda alınır, digərində alınmır. Bu gün "Sabah" bizdən daha yaxşı oyun nümayiş etdirdi. Çalışacağıq ki, növbəti oyunlarda bundan da yaxşı oyun göstərib, qələbə qazanaq.

Oyuna yaxşı köklənmişdik, 2-ci yerə qalxa bilərdik. Yaxşı anlayırdıq bunu. Amma alınmadı. Bizim də hədəfimiz bundan sonra yuxarı pillələrdi. İnanıram ki, futbolçular da bunun üçün əlindən gələni edəcək".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right