Ayxan Abbasov: "Qalib də gələ bilərdik"

"Jurnalistlər mətbuat konfransında daha çoxdu. Görünür ki, "Neftçi" ilə oynayırıq(gülür).Tribunada yaxşı atmosfer var idi. Azarkeşlərə dəstək üçün təşəkkür edirəm. Bugünki matçda xal qazanmağımız önəmli idi. Son çempionla oynayırdıq.

Samir Abasovun yaxşı komandasın var. Biz də pis oynamadıq, hətta qalib gələ bilərdik, uduza da bilərdik. Amma nəticə oyuna görə oldu. Qarşıda 2-ci dövrə var. Həmin oyunlarda səhvlərimizi düzəltməyə çalışacağıq. Əli Qurbani zədədən yeni qayıtmışdı. Meydanda təqribən 70-75 dəqiqə saxlamaq istəyirdik. Elə alındı ki, əvəzlənməyə yaxın zədə aldı. Amma inanmıram ki, ciddi olsun".


Newsport.az-ın məlumatına görə,  bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 7-ci turunda "Neftçi" ilə evdə heç-heçə etdikləri oyundan (1:1) sonra deyib.

- Ötən mövsümün ilk dövrəsilə bu mövsümün ilk dövrəsi "Sumqayıt" üçün necə alındı?
- Ötən mövsüm 14 xalımız var idi və ilk pillədəydik. Bu mövsüm də uğurlu çıxış edə bilərdik. Rəqiblərimiz bizi yaxşı və düzgün analiz etməyə başladı. Bəzi komandalar bizə qol vurur və düşünür ki, bizimlə oyuna bu cür hazırlaşmaq lazımdı. Prinsipcə, bizdə heç nə dəyişməyib. Həmin komandadı. Sadəcə daha az xal qazandıq.

- İndi sizi daha ciddi qəbul etməyə başlayıblar?
- Gəlin, necə var elə də danışaq. Bizi indi daha fərqli qəbul edirlər. Bu da bizim uğurumuzdu. Hər matçda bizdən yaxşı oyun gözləyirlər. İşimizə davam edirik. İnkişaf etmək lazımdı.

- B planınız var?
- Əgər fikir verdinizsə, bu gün bizdə B planı var idi. Amma meydanda hər şey alınmır. Məşqlərdə işləməli olduğumuz detallar var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right