18 yaşında "Zirə"nin kapitanı oldu Qol vurdu

Bu gün Azərbaycan Premyer Liqasının 7-ci turunda "Qəbələ" ilə səfər oyunda "Zirə"ni meydana 18 yaşlı müdafiəçi Cəlal Hüseynov çıxarıb. 

Newsport.az-ın məlumatına görə, bununla da o, komandanın tarixinə ən gənc kapitan kimi düşüb. Oyundan sonra keçirilən mətbuat konfransında baş məşqçi Rəşad Sadıqov bu məsələyə toxunub. O, Cəlal Hüseynovun gələcəkdə milli komandanın əsas futbolçularından biri ola biləcəyini deyib: 

“Heyətdə başqa təcrübəli futbolçular da var idi. Cəlalı 2-3 il sonra millinin aparıcı oyunçularından biri kimi görürəm. Həm futbol bacarığı, həm xarakteri, həm də soyuqqanlılığı ilə göstərdi ki, seçimimizdə yanılmamışıq. Əslində bizim kapitanımız Ağabala Ramazanov, vitse-kapitan Qismət Alıyevdir. Beynimdə üçüncü kapitan kimi Cəlalı düşünürəm. Ona şans verdikcə “bərkiməsini”, məsuliyyətinin artmasını istəyirəm. O, bu gün yükün altından layiqincə çıxdı”.

Qeyd edək ki, "Qəbələ" ilə 1:1 hesabı ilə başa çatan oyunda "Zirə"nin yeganə qolunu da başla məhz Cəlal Hüseynov vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right