"Neftçi" rəhbərliyi "ipə-sapa yatmayan" futbolçuya xəbərdarlıq etdi

«Neftçi»də məşqə çıxmaqdan imtina edən Namiq Ələsgərova xəbərdarlıq olunub.

Newsport.az-ın məlumatına görə, bu, həm klub rəhbərliyi, həm də baş məşqçi Samir Abasov tərəfindən onun nəzərinə çatdırılıb.

«Bursaspor»dan təklif alan, bu üzdən «ağ-qaralar»la müqaviləsini pozmaq istəyən yarımmüdafiəçi komandanın hazırlıq prosesinə qatılmasa, yüksək məbləğdə cəriməyə məruz qalacaq.

Habelə onunla bağlı öncə AFFA-ya, sonra FİFA-ya müraciət olunacaq.

Premyer Liqanın ötən mövsümünün bombardiri HİK-lə Avropa Liqasıının III təsnifat mərhələsinin cavab oyununa yollanmasa, barəsində intizam tədbiri görüləcək.

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right