“Neftçi” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacağı “Dinamo” (Tbilisi) ilə oyunun hazırlığını davam etdirir.
Newsport.az-ın məlumatına görə, Sloveniya toplanışından sonra Bakıya qayıdan komanda üzvləri dünən “Bakcell Arena”da məşqləri bərpa edib. “Ağ-qaralar” bu gün də eyni məkanda axşam məşqinə çıxıb. Əsasən toplu çalışmalardan ibarət olan hazırlıq prosesi “Neftçi TV” vasitəsilə canlı yayımlanıb.
“Dinamo” ilə ilk oyun iyulun 7-si Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına “Dinamo Arena” stadionunda keçiriləcək.