Azərbaycan millisinin almaniyalı baş məşqçisi Berti Foqts bildirib ki, ondan sonra bu posta Qurban Qurbanov gələcək. Newsport.az xəbər verir ki, Foqts “Qarabağ”ın baş məşqçisinin bu vəzifəyə hazır olduğun söyləyib: "Bu məşqçi artıq sabah Azərbaycan yığmasının baş məşqçi postunu qəbul edə bilər. O, taktiki cəhətdən komandasını çox gözəl hazırlayır. Oyunu oxumaq baxımından da çox yaxşıdı. Bu, Qurban Qurbanovdu. Onun Avstriya "Zalsburq"u ilə oyundakı əvəzləmələri də göstərdi ki, öz işini çox yaxşı bilir. Böyük ehtimalla mən getdikdən sonra yığma komandanı o çalışdıracaq. O, mənim xələfimdi (gülür). Amma Qurban Qurbanov yığmanın baş məşqçisi olsa, 11 azərbaycanlı futbolçu ilə oynamalı olacaq".