Premyer Liqanın XIX turunun bütün oyunları canlı yayımda!

Topaz Premyer Liqasında qış fasiləsi başa çatır.

Bu həftə XIX turun oyunları start götürəcək.

Baş tutacaq 4 qarşılaşmanın 3-ü canlı yayımlanacaq. Yanvarın 30-da keçiriləcək "İnter" - "Sumqayıt" və fevralın 1-də baş tutacaq "Bakı" - "Qəbələ" qarşılaşmalarını "İdman Azərbaycan", yanvarın 31-də oynanılacaq AZAL - "Neftçi" matçını isə AzTV canlı yayımla azarkeşlərə nümayiş etdirəcək.

Turun televiziya vasitəsi ilə canlı yayımlanmayacaq "Simurq" - "Xəzər Lənkəran" oyunu isə Zaqatala təmsilçisinin klub  TV-sindən izləmək mümkün olacaq.

Premyer Liqa

XIX tur

30 yanvar

18.00 İnter - Sumqayıt (İdman Azərbaycan)

"İnter Arena".

31 yanvar

16.00 AZAL - Neftçi (Az.TV)

"AZAL Arena".

1 fevral

14.00 Bakı - Qəbələ

"Bakı"nın təlim-məşq bazasının stadionu.

17:00 "Simurq" - "Xəzər Lənkəran" 

Zaqatala şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right