"Əskişəhirspor"la "Qarabağ" arasında Muarem Muaremin transferi ilə bağlı danışıqlar davam edir.
Newsport.az-ın məlumatına görə, Türkiyə Super Liqa təmsilçisinin prezidenti Mesut Hoscan bu gün "Qarabağ"ın düşərgəsinə gəlib.
O, Ağdam klubunun qaldığı oteldə "Qarabağ"ın direktoru Əmrah Çəlikəl və baş meneceri Asif Əsgərovla görüşüb. Klub rəsmiləri makedoniyalı futbolçunun transferini müzakirə ediblər. Lakin danışıqlarda yenə razılıq əldə olunmayıb. Tərəflər arasında daha bir görüşün keçiriləcəyi gözlənilir.
"Qarabağ"ın direktoru Əmrah Çəlikəl dünən açıqlamasında "Əskişəhərspor"un Muarem üçün onun həqiqi bazar qiymətindən qat-qat az pul təklif etdiyi üçün bu transferdə problem yarandığını bildirib.