Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Qəbələ” bu gün ilk yoxlama oyununa çıxacaq.
Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar” 2015-ci ilin ilk matçında Hollandiyanın PSV klubunun ikinci komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
İlk dəfə baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında meydana çıxacaq "Qəbələ” ümumilikdə 68-ci beynəlxalq oyununda gücünü sınayacaq.
Qeyd edək ki, "Qəbələ" təlim-məşq toplanışı çərçivəsində “Əskişəhərspor" (Türkiyə), "Tobol" (Qazaxıstan), "Vorskla" (Poltava, Ukrayna) klubları ilə yoxlama oyunu keçirəcək.
10 dekabr
Yoxlama oyunu
17:30. PSV (ikinci komanda) - "Qəbələ" 0-0
Qəbələ: Anar Nəzirov, Ürfan Abbasov, Aleksandru Benqa, Ruslan Abışov, Ruslan Tağızadə, Elvin Camalov, Aleksey Qay, Dodo, Cavid Hüseynov, Bəxtiyar Soltanov, Ulisse Diallo.
PSV: Jesse Bertrams, Augustine Loof, Hjörtur Hermannsson, Jordy de Wijs, Suently Alberto, Clint Leemans, Moussa Sanoh, Farshad Noor, Boris Cmiljanic, Andrija Lukovic, Andjelo Budovic.