Kamran Ağayevə 3 oyunluq diskvalifikasiya

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Premyer Liqasının XVIII turunun “Qəbələ” – “İnter” matçının 79-cu dəqiqəsində baş verən mübahisəli epizodla bağlı müvafiq qərar çıxarılıb. 

Newsport.az-ın məlumatına görə, oyunun 79-cu dəqiqəsində “Qəbələ” klubunun qapıçısı Kamran Ağayevin rəqibə bilərəkdən zərbə endirməsi epizodu baş hakim Fariz Yusifovun gözündən yayınsa da, İK matçın videoyazısını izlədikdən sonra yığmamızın üzvünü 3 oyunluq cəzalandırıb.
 
"Qəbələ" klubu isə 3000 manat məbləğində cərimələnib. 

Hakimlər Komitəsinə adıçəkilən görüşün ədalət təmsilçiləri ilə bağlı lazımi tədbirlərin görülüb, İntizam Komitəsinin məlumatlandırılması tapşırığı verilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right