"Qarabağ" qış çempionu oldu

Bu gün Azərbaycan Premyer Liqasında II dövrəyə yekun vurulacaq.

Newsport.az-ın məlumatına görə, 18-ci turun bütün görüşləri eyni günə nəzərdə tutulub. 

Son turda evdə "Qarabağ"a 2:3 hesabı ilə məğlub olan "Xəzər Lənkəran" bu gün öz meydanında AZAL-ı qəbul edib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. 

Turun mərkəzi qarşılaşması Qəbələdə keçirilib. Burada yerli "Qəbələ" klubu "İnter"i sınağa çəkib. Bu oyunda da qalib müəyyənləşəyib – 1:1

Premyer Liqanın hazırkı lideri "Qarabağ" klubu öz meydanında "Sumqayıt"la münasibətlərinə aydınlıq gətirəcək. Qurban Qurbanovun komandası bu oyunda ən azı bir xal qazanacağı təqdirdə qış fasiləsinə lider mövqeyində yollanacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 15:30-da başlayacaq.  

Tura Zaqatalada keçiriləcək "Simurq" - "Bakı" oyunu ilə yekun vurulacaq. Hazırda 10 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Bakı" klubu bu görüşdən 3 xalla ayrılmaqla vəziyyətini bir qədər yaxşılaşdırmağa çalışacaq. Lakin Georgi Çixradzenin komandasının buna nə dərəcədə imkan verəcəyi maraq doğurur. Bu matçın start fiti saat 17:00-da veriləcək. 

21 dekabr (bazar)

Azərbaycan Premyer Liqası, 18-ci tur

15:30. “Qarabağ” – “Sumqayıt” - 2:0 
Qollar: 
Leroy Corc, 25, (1:0), Vurğun Hüseynov, 55-avtoqol (2:0)Realllaşdırılmayan penalti:Ramazan Abbasov, 89 (“Sumqayıt”) - qapıçı 
H
akimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Orxan Məmmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

17:00. “Simurq” – “Bakı” - 0:0 (Hava dumanlı olduğu üçün oyun dayandırılıb)
Hakimlər:
 Ömər Paşayev, Azər Əsgərov, Mübariz Haşımov, Ramil Diniyev
Zaqatala şəhər stadionu.

15:00. “Qəbələ” – “İnter”  - 1:1 
Qırmızı vərəqə: 
Elvin Məmmədov, 87 ("İnter")
Qol: Dodo, 38, (1:0), Məhəmməd Mirzəbəyov, 67 (1:1)
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elşən Acalov, Vüsal V. Əliyev
Qəbələ şəhər stadionu.

15:00. “Xəzər Lənkəran” – AZAL - 1:1 
Qol: Mombanqo, 43 (0:1), Fernando Qabriel, 60 (1:1)
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rəhim Həsənov
“Xəzər Lənkəran” mərkəzi stadionu.

 







Turnir cədvəli
 

N Klublar O Q H M T-F X
1 Qarabağ 15 9 4 2 27-17 31
2 İnter 16 7 8 1 26-7 29
3 Neftçi 15 7 5 3 19-12 26
4 Xəzər Lənkəran 16 5 5 6 22-20 20
5 Qəbələ 16 4 7 5 19-24 19
6 Simurq 15 5 3 7 20-20 18
7 AZAL 15 4 5 6 18-25 17
8 Sumqayıt 15 4 3 8 19-25 15
9 Bakı 15 2 4 9 11-31 10
10 Araz Naxçıvan 0 0 0 0 0-0 0




Bombardirlər:

Mikel Alvaro (“İnter”) - 8 qol 
Nurlan Novruzov ("Bakı") - 7 qol     
Məhəmməd Qurbanov (“Sumqayıt”) - 7 qol
Draqan Çeran ("Simurq") -6 qol 
Franka Nildo ("İnter") - 6 qol
Cavid Hüseynov ("Qəbələ") - 5 qol





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right