Rəşad Sadıqov - “Hələlik karyeramı bitirmək fikrim yoxdur”

“Hələlik karyeramı bitirmək fikrim yoxdu. Bundan sonra nə qədər oynayacağımla bağlı qərar verməmişəm".

Newsport.az-ın məlumatına görə, bu sözləri milli komandamızın və “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov “Xəzər Lənkəran”la oyundan sonra deyib.

Təcrübəli müdafiəçi Avropa Liqasının qrup mərhələsində “İnter”lə Bakıda keçirilən oyundan sonra jurnalistlərə müsahibəsində “Bu şans mənim üçün bir daha olmayacaq” – deyə qeyd edib.

Ancaq karyerasını yaxın zamanlarda bitirməyi düşünmədiyini deyən 32 yaşlı futbolçu fikrini belə izah edib: “Demək istədiyim o idi ki, ola bilər növbəti iki-üç ildə qrupdan çıxmaq üçün mənim belə bir şansım olmasın. Bəlkə, bundan sonra heç qrupa düşə də bilməyəcəyik”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right