Bu gün Azərbaycan kubokunda yeni mövsümün püşkatma mərasimi keçiriləcək.
Newsport.az-ın məlumatına görə, 18 komanda iştirak edəcək.
Bunlardan 10-cu Premyer Liqa, 8-i isə birinci divizion təmsilçisidir. AFFA-nın inzibati binasında keçiriləcək tədbirdə 1/16 final və digər mərhələlərin cütlükləri bəlli olacaq.
İlkin mərhələdə 4 komanda mübarizə aparacağı təqdirdə, qalan 14 klub yarışa 1/8 finaldan qoşulacaq. Püşkatma mərasimi saat 15:00-da başlayacaq.
1/16 final mərhələsi
“Qaradağ-Lökbatan” - “Zirə”
MOİK - “Lokomotiv”
1/8 final mərhələsi
“Neftçi” - “Qaradağ-Lökbatan”/ “Zirə” cütünün qalibi
“Neftçala” - AZAL
“Şahdağ” - “İnter”
“Xəzər Lənkəran” - “Araz Naxçıvan”
“Qarabağ” - MOİK / “Lokomotiv” cütünün qalibi
“Sumqayıt” - “Bakı”
“Qəbələ” - “Ağsu”
“Simurq” - “Rəvan”