Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. Stadium.az xəbər verir ki, turnirdə yeganə təmsilçimiz “Qarabağ” da bu gün meydana çıxacaq. Qurban Qurbanovun komandası doğma meydanda Maltanın “Valletta” klubu ilə qarşılaşacaq. Səfərdə keçirilən ilk oyunda 1:0 hesabı ilə qalib gələn "Qarabağ" cavab oyununa üstün durumda çıxacaq. Ağdam təmsilçisinə növbəti mərhələyə yüksəlmək üçün istənilən hesablı heç-heçə də sərf edir. Qarşılaşma saat 21:30-da start götürəcək.
22 iyul
Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu
21:30."Qarabağ” (Azərbaycan) – “Valletta” (Malta) 4:0
QOLLAR: Reynaldo 15, Cumbinyo 48, Danilo Dias 57, Leroy Corc 81
QIRMIZI VƏRƏQƏ: Conatan Karuana 19, Rayan Fenek 83 ("Valletta")
(İlk oyun - 1:0)
Hakimlər: Sergey Tsinkeviç, Yevgeni Ramanov, Vitali Malyutsin, Denis Şerbakov (hamısı Belarus).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.