Leroy Corc: "Bəzi komandalar bizi ciddi rəqib hesab etmirlər..."

"Qarabağ"ın hollandiyalı futbolçusu Leroy Corc Avroliqanın play-off mərhələsində Hollandiya təmsilçisi  "Tvente"yə qarşı  keçiriləcək oyun haqda danışıb.

Newsport.az saytının məlumatına görə, ölkəsinin mətbuatına açıqlama verən Surinam əsilli hollandiyalı futbolçu ilk oyunda qələbə qazanacaqları təqdirdə turu keçəcəklərinə inandıqlarını bildirib:

"Komanda yoldaşlarımdan biri Hollandiyaya gedəcəyimizi söylədi. Rəqibimizin “Tvente”.olduğunu soruşdum. Doğma meydanda oynamaq mənə maraq doğrurub. Bəzi komandalar bizi ciddi rəqib kimi qəbul etmirdilər, amma sonra bizim ünvanımıza təriflər yağdırırdılar. İlk oyunda yaxşı nəticə qazanıb, turu keçəcəyimizə inanıram”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right