Elvin Camalov “Qəbələ”yə qayıtdı

“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Bölgə təmsilçisi təcrübəli yarımmüdafiəçi Elvin Camalovu sıralarına qatıb. 31 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Camalov “Qəbələ” Akademiyasının yetirməsidir. O, 2012-ci ildən 2019-cu ilə qədər bu klubun formasını geyinb. Futbolçu əvvəlcə U-19 komandasında, daha sonra əvəzedicilərdə oynayıb. Elvin 2013-2019-cu illərdə isə “Qəbələ”nin əsas komandasında çıxış edib.

Camalov “Qəbələ”nin əsas heyətində 132 oyuna çıxıb. O, daha sonra “Zirə”, “Sabah” və “Neftçi”də çıxış edib.

Yarımmüdafiəçinin son klubu da “Neftçi” olub.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right