“İmişli” Vüsal Qənbərovla yollarını ayırıb. Bu barədə bölgə təmsilçisi məlumat yayıb.
23 yaşlı oyunçu “Şəfa”ya keçib.
Xatırladaq ki, Vüsal Qənbərov 2024-cü ildən “İmişli”də çıxış edib. O, komandanın heyətində ümumilikdə keçirdiyi 47 oyunda 2 qola imza atıb.