“Sadə səhvdən qol buraxdıq” – Azər Bağırov

“Şamaxı” bu gün Azərbaycan Premyer Liqasının 5-ci turunda “Sumqayıt”ın qonağı olub.

Newsport.az xəbər verir ki, oyundan sonra “şirlər”in baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib. Bağırov 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib:

“Çətin oyun olacağını düşünürdük. Amma uşaqlar yaxşı oyun keçirtdilər. Sadə səhvdən qol buraxdıq. Bu da normal haldır. Futbolda belə hallar olur. Bu gün 1 xal qazandıq. Davam edirik.

Səfərdə oynamaq daha çətindir, nəinki evdə azarkeşlərimizin öünüdə. Səhvlərimiz üzərində çalışacağıq və daha yaxşı olmaq baxımından mübarizə aparacağıq”.

“Şamaxı” növbəti turda “Araz-Naxçıvan”ı qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right