"Şəfa"nın hücumçusu "Sabah"a qarşı oynamayacaq

"Şəfa" Misli Premyer Liqasının 5-ci turunda çempion "Sabah"la üz-üzə gələcək.

Newsport.az xəbər verir ki, paytaxt təmsilçisi oyuna ciddi itki ilə çıxacaq.

Hücumçu Luis Felipe komandaya kömək edə bilməyəcək. Braziliyalı forvard zədəlidir. 

25 yaşlı futbolçu cari mövsümdə 4 rəsmi matçda meydana çıxıb.

Qeyd edək ki, "Şəfa" - "Sabah" qarşılaşması sabah "SOCAR Polymer Arena"da keçiriləcək və saat 19:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right