Ayxan Abbasov Polşa klubunun prezidenti ilə görüşdü

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov və komandanın idman direktoru İlqar Qurbanov Polşanın Çenstoxova şəhərinə səfər ediblər.

Newsport.az xəbər verir ki, onlar orada Mahir Emrelinin formasını geyindiyi "Rakuv"un oyununu izləyiblər. Abbasovla Qurbanov həmçinin klubun prezidenti və idman direktoru ilə görüşüblər. Bununla bağlı İlqar Qurbanov sosial şəbəkə hesabında paylaşım edib:

"Rakuv" klubunun prezidenti və idman direktoru ilə görüşmək böyük məmnunluq doğurdu.

Səmimi qarşılanma, qonaqpərvərlik və xoş ab-hava üçün təşəkkür edirik. Ayırdığınız vaxtı, həmçinin fikir mübadiləsi aparmaq və əlaqələrimizi möhkəmləndirmək imkanını yüksək qiymətləndiririk.

"Rakuv"a qarşıdakı mövsümdə uğurlar arzulayırıq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right