AFFA klub nümayəndələri üçün seminar keçirdi

AFFA tərəfindən Bakı İqlim Həftəsi çərçivəsində Azərbaycan Premyer Liqası və I Liqa klublarının nümayəndələri üçün "Futbolda dayanıqlıq" mövzusunda seminar təşkil olunub.

Newsport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Tədbirdə iqlim dəyişikliyi, ətraf mühitin qorunması, futbolun ekoloji təsiri və dayanıqlı gələcəyin formalaşdırılması mövzuları müzakirə olunub.

Seminar çərçivəsində mütəxəssislər bilik və təcrübələrini iştirakçılarla bölüşərək futbolda dayanıqlı yanaşmaların əhəmiyyətinə diqqət çəkiblər.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right