"Qarabağ" və "Kəpəz"də oynamış veteran futbolçu vəfat etdi

Azərbaycan futbolunda ağır itki üz verib.

Newsport.az xəbər verir ki, "Kəpəz"in veteran futbolçusu Mehman Hacıyev vəfat edib. Bu haqda Gəncə klubunun mətbut xidməti məlumat yayıb.
 
52 yaşında gözlərini əbədi yuman M.Hacıyev "sarı-göylər"in tarixi uğurlarında böyük pay sahiblərindən biri olub. O, “Kəpəz”in heyətində iki dəfə Azərbaycan çempionu titulunu, eləcə də ölkə kubokunu qazanıb.
 
M.Hacıyev peşəkar futbolçu karyerasını başa vurduqdan sonra məşqçilik fəaliyyəti göstərib. O, öncə “Kəpəz”in əvəzedicilərdən ibarət kollektivində (2010-2013-cü illər), daha sonra isə əsas komandada çalışıb.
 
Qeyd edək ki, Mərhum müdafiəçi “Turan” və “Qarabağ”da da oynayıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right